Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib
Tarix: 23-09-2021 | Saat: 23:16
Bölmə:Karusel / Dünya | çapa göndər

Azərbaycan Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

"Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir. İddiaçı (Azərbaycan-red.) Ermənistanın həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirdiyini və nifrəti qızışdırdığını bildirir, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələr işlətmək və irqçi təbliğat hökumət səviyyəsində aparılır", - məlumatda deyilir.(Report)



Xəbəri paylaş

1272 dəfə oxunub.

Digər xəbərlər