Saytımızı qiymətləndirin


 
 

Danışıqlar tarixə qovuşur: İran ətrafındakı təhlükə böyüyür
Tarix: 23-09-2021 | Saat: 08:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

“İranın daxili sosial-iqtisadi vəziyyətinin ağırlaşması və nüvə danışıqlarının baş tutmaması Tehran üçün ciddi baş ağrısı yaradacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert İranın nüvə proqramı ətrafındakı son inkişaflara diqqət çəkib:

“İran “Altılıq” formatında nüvə danışıqlarına başlamağa hazır olduğunu bildirib.

İran Prezidenti İbrahim Rəisinin son çıxışı Vaşinqton və Tehran arasında nüvə danışıqlarının bərpa edilməsinə hesablanıb. Amma eks-prezident Həsən Ruhanin başlatdığı və hazırda dayanmış danışıqlarla bağlı yeni prosesdə yeni adminstrasiyanın nə qədər səmimi olacağı şübhəlidir. Çünki hakimiyyət artıq mühafizəkar qanadın əlindədir. Yəni indiki rejimin siyasəti Qərbə düşmənçilik üzərində qurulub.

İranın ağır sosial-iqtisadi problemləri Tehranı ABŞ-la danışıqlara sövq edir. Amma görünən budur ki, Vaşinqton danışıqlara daha ağır şərtlərlə gedəcək, İran isə bunları qəbul etməyəcək”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ İngiltərə və Avstraliya ilə yeni hərbi ittifaq qurur:

“Bu, beynəlxalq siyasətdə yeni nizamın formalaşmasına gətirib çıxaracaq. İsrail yeni ittifaqın qeyri-rəsmi üzvlərindən biridir. Bu baxımdan, İsrailin İranla yeni nüvə danışıqlarının bərpasına əngəl olacağı gözləniləndir. Bu baxımdan, artıq İranın Vaşinqton üçün cəlbediciliyi arxa plana keçir. Həmçinin Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi Vaşinqtonu İranla dialoq yolu ilə deyil, daha sərt dillə danışmağa sövq edəcək.

İranın hazırkı siyasəti müəyyən mənada Rusiya və Çinlə üst-üstə düşür. Buna görə də yeni nüvə danışıqlarının perspektivli olacağı gözlənilmir. İranın daxili sosial-iqtisadi vəziyyətinin ağırlaşması və nüvə danışıqlarının baş tutmaması Tehran üçün ciddi baş ağrısı yaradacaq”.(Teleqraf)



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər