Saytımızı qiymətləndirin


 
 

Rusiyada "Aİ-95" markalı benzinin birja qiyməti növbəti rekord həddə çatıb
Tarix: 22-09-2021 | Saat: 15:52
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Rusiyada Aİ-95 markalı benzinin birja qiyməti növbəti rekord həddə çatıb

Rusiyanın Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında "Aİ-95" markalı benzinin qiyməti növbəti dəfə rekord vurub.

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün benzinin hər tonunun qiyməti 0,6 % artaraq 60,18 min rubl (1 402 manat) təşkil edib.

Bundan əvvəlki rekord bu il iyulun 22-də qeydə alınıb. O zaman bu markadan olan benzinin dəyəri bir ton üçün 60,03 min rubl (1 399 manat) olub. “Aİ-95”-in qiyməti növbəti dəfə sentyabrın 15-dən artmağa başlayıb və həmin vaxtdan bu yana benzin 3,2 % bahalaşıb.(Report)



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər