Saytımızı qiymətləndirin


 
 

Qazax sakininin Ermənistanla sərhəddə minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb
Tarix: 22-09-2021 | Saat: 15:37
Bölmə:Karusel / Hadisə | çapa göndər

Qarabağda mina partlayışı: 3 ölü, 2 yaralı

22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Rayon prokurorluğundan Qarabaginfo.az-a verilən xəbərə görə, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.



Xəbəri paylaş

1303 dəfə oxunub.

Digər xəbərlər