Saytımızı qiymətləndirin


 
 

Anar Bağırov məhkəmələri və hakimləri tənqid edib
Tarix: 22-09-2021 | Saat: 10:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Barassociation.az - Xəbərlər - Анар Багиров: "Реализация судебной реформы улучшит жизнь граждан Азербайджана"

“Çox təəssüf ki, son zamanlar bir çox vəkil həmkarlarımız məhkəmələr tərəfindən vəsatətlərinin baxılmamış saxlanması, heç bir əsaslandırma olmadan rədd edilməsindən şikayətlənir. Əlbəttə ki, bu vəsatətlərin cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş olması istisna deyil”.

Qarabaqinfo.az-nın məlumatına görə, bunu Vəkillər kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov “facebook” səhifəsində vəkillərə və hakimlərə müraciətində deyib.

O bildirib ki, müdafiəçi vəkil sübutetmənin subyektidir və sübutların toplanması, yoxlanması və qiymətləndirilməsində iştirak etməklə məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv həyata keçirilməsinə kömək edir: “Həm məhkəməyə qədərki istintaqda, həm də məhkəmə istintaqında müdafiəçi vəkilin sübutetmədə iştirakının ən mühüm formalarından biri onun vəsatətlər verməsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.6. maddəsində etirazlar və vəsatətlər vermək müdafiəçinin hüququ kimi nəzərdə tutulub”.

Kollegiya sədri qeyd edib ki, göstərilən hallar ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində respublikada həyata keçirilən islahatları təhlükəyə məruz qoyur və bu istiqamətdə görülən işlərə kölgə salır: “Hesab edirəm ki, bütün məhkəmələr tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ciddi riayət edilməli, işin hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmiş vəsatətlər təmin edilməli, heç bir vəsatət kifayət qədər əsaslandırılmadan və səbəbi göstərilmədən rədd edilməməlidir. Çünki bu cür hallar ədalət mühakiməsinin keyfiyyətinə və səmərəliliyinə mənfi təsir etməklə yanaşı, həm də vətəndaşlarımızın məhkəməyə olan inamını azaldır”.

O, vəkillərə də müraciət edərək bu cür hallara yol verildiyi halda məhkəmələr qarşısında heç bir əsas və səbəb göstərilmədən rədd edilən vəsatətləri yenidən qaldırmağa və bu halları mütləq həmin qərarlardan verilən şikayətlərdə əks etdirməyə çağırıb.

 



Xəbəri paylaş

2243 dəfə oxunub.

Digər xəbərlər