Saytımızı qiymətləndirin


 
 

Allahşükür Paşazadə niyə susur?
Tarix: 20-09-2021 | Saat: 20:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Allahşükür Paşazadə niyə susur? Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşülür Paşazadə bildirmişdi ki, Xamneyinin fətvası Qarabağın azad olunmasının əsas carçısı idi.

Bunun ardınca Seyid Həsən Amil bu ilin iyul ayında A.Paşazadəyə belə təşəkkür etmişdi:

"... Allahşükür Paşazadə inqilabın ali rəhbərinin fətvasının Dağlıq Qarabağın azad edilməsinə təsiri ilə bağlı çox layiqli bir çıxışla şübhələrə son qoydu və Ayətullah Xamneyinin fətvasını Azərbaycanın qələbəsinin carçısı adlandırdı. Özüm və əyalət əhalisi adından Allahşükür Paşazadəyə minlər dəfə təşəkkür edir. Onu alqışlayıram".

Amili indi Azərbaycanı təhdid edir, "Şirin quyruğunu tapdalamayın" deməklə, dövlətimizi təhdid edir. Cənab Şeyx! İllərdir ağ əmmamə altında qara səltənət qurmusan, milyardlarımızı talamısan, bu ölkədə hamıdan yaxşı yaşayırsan. Amma indi susursan... Bəlkə cavab verməyə cəsarətin çatmır!? Əgər cəsarətin çatırsa, illərdir ailə üzvlərinlə birlikdə çapıb-taladığın Vətənini- Azərbaycanı təhdid edən bu adama cavab ver! Və görək bu dəfə də "hörmətli" Amili sənə təşəkkür edəcəkmi!?(Yenisabah)



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər