Saytımızı qiymətləndirin


 
 

Adil Əliyev "Əsrin müqaviləsi"nin imzalanması günü ilə bağlı paylaşım edib
Tarix: 20-09-2021 | Saat: 13:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Adil Əliyev: Qardaşım oğlunun Çexiyada biznesi var - Meydan.TV

Milli Məclisin sədr müavini Adil Əliyev "Əsrin müqaviləsi"nin imzalanması günü ilə bağlı rəsmi hesabından paylaşım edib.


Qarabaginfo.az
həmən paylaşımı təqdim edir:

 

"Bugün “Əsrin müqaviləsi”nin imzalanmasından 27 il keçir. 1994-cü ilin bugünündə Ümummilli Lider Heydər Əliyevin böyük siyasi iradəsi hesabına tarixi müqavilə imzalandı. Həmin müqavilə ölkəmizin iqtisadi həyatına böyük töhfələr verməklə bərabər, dövlətimizin güclənməsində, geopolitik əhəmiyyətinin artmasında, xarici dövlətlərin ölkəmizlə dostluq, əməkdaşlıq münasibətlərinin yaranmasında, genişlənməsində müstəsna əhəmiyyət daşıdı. Ulu Öndərin neft strategiyasının əsas tərkib hissələrindən biri olan “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində Azərbaycan nefti dünya bazarına çıxış əldə edir. Habelə, neft ixracatından əldə edilən gəlir ölkəmizin inkişafında, müasir infrastrukturun qurulmasında, iqtisadi, sosial məsələlərin həllində mühüm yer tutdu. Hazırda da bu strategiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılır. Ölkəmiz enerji resurslarının istehsalı sahəsində dünya bazarında mühüm yer tutur".



Xəbəri paylaş

297 dəfə oxunub.

Digər xəbərlər