Saytımızı qiymətləndirin


 
 

"BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi
Tarix: 20-09-2021 | Saat: 07:45
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

 

Türkiyənin Prezident Administrasiyası “Türkiyənin Beynəlxalq Nizama Baxışı” adı altında bir sıra mütəxəssislərlə görüş keçirib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Görüş zaman Duqlas və Sara Allison Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Koffi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası öncəsi Əfqanıstandakı vəziyyəti, Türkiyənin bölgədəki əhəmiyyətini və BMT-də islahatları analiz edib.

 

Son 5-6 ildə Türkiyənin Orta Asiya, Qafqaz və Əfqanıstanda təsirinin artdığını vurğulayan Koffi münasibətlərdə mövcud problemlərə baxmayaraq, Ankaranın NATO-dakı rolunun ABŞ-a böyük fayda verdiyini qeyd edib.

 

O, Türkiyə ilə ABŞ-ı birləşdirən faktorların onları parçalayanlardan daha çox olduğunu vurğulayıb: “Türkiyə Əfqanıstanda ABŞ üçün rol oynaya, ABŞ-ın “Taliban”a qarşı maraqlarını dəstəkləyə bilər”

 

Koffi BMT-nin beynəlxalq siyasətdəki rolunu və təşkilatın islahata ehtiyacını da qiymətləndirib.

 

Bu gün vacib beynəlxalq problemlər qarşısında BMT-nin rolu ilə bağlı çox optimist olmadığını ifadə edən ekspert dövlətlərin milli maraqlarına diqqət yetirdiklərini və dünyada bir çox vacib və mübahisəli mövzularda fikir birliyinin olmadığını qeyd edib.

 

“Bir il əvvəlki Qarabağ Müharibəsinə baxa bilərik. Bu müharibədə Azərbaycan, demək olar ki, 30 illik uğursuz BMT və ATƏT prosesindən sonra 90-cı illərdə qəbul edilən dörd BMT qətnaməsini özü həyata keçirməyə məcbur oldu. BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik və ya könülsüzlük göstərdi”, - deyə o qeyd edib.(modern)



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər