Saytımızı qiymətləndirin


 
 

“Ermənilərin hüquqlarının pozulması faktlarına son qoyulmasa, heç bir demarkasiya olmayacaq” - Tatoyan
Tarix: 18-09-2021 | Saat: 11:32
Bölmə:Karusel / Region | çapa göndər

“Ermənilərin hüquqlarının pozulması faktlarına son qoyulmasa, heç bir demarkasiya olmayacaq” – Tatoyanemail sharing button

Ermənistanın Ombudsmanı Arman Tatoyan öz məkrli əməllərini davam etdirməkdə israrlı görünür. Belə ki, Tatoyan hər vəchlə guya Azərbaycanın Qarabağdakı ermənilərin hüquqlarını pozduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışır. Bunun üçün erməni Ombudsman saxta məlumatlardan istifadə etməkdən də çəkinmir.

Qarabaginfo.az xəbər verir ki, bu dəfə Arman Tatoyan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentinin Lordlar Palatasının üzvü Baronessa Karolin Koksun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Tatoyanın əsas işi  müharibədən sonrakı dövrdə Azərbaycan tərəfinin guya sərhəd bölgələrdə yaşayan erməni vətəndaşların hüquqlarını pozduğunu nümayəndə heyətinin diqqətinə çatdırmaq olub.

Tatoyan bildirib ki, Ermənistanın dövlət sərhədi ilə bağlı məsələlərə yalnız hərbi-siyasi baxımdan yanaşmaq düzgün deyil. İnsan hüquqları arxa plana keçdiyi üçün bu hüquqların qorunması imkanları da məhduddur. Tatoyan həmçinin qeyd edib ki, guya erməni vətəndaşlarının hüquqlarının pozulması faktlarına son qoyulmasa, o zaman heç bir demarkasiya prosesindən söhbət gedə bilməz.(Konkret)

 



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər
9-07-2022, 17:13 Sabirabadda ev yanıb