Saytımızı qiymətləndirin


 
 

“Üç qardaş - 2021” təliminin növbəti mərhələsi icra edilib - VİDEO
Tarix: 17-09-2021 | Saat: 21:16
Bölmə:Karusel / Dünya | çapa göndər

“Üç qardaş - 2021” təliminin növbəti mərhələsi icra edilib - VİDEO

Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər