Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları keçib
Tarix: 17-09-2021 | Saat: 20:21
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

US dollar reaches record price in Uzbekistan

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,4 milyard ABŞ dolları və yaxud 4,8% artaraq 53,2 milyard dollara çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu dövrdə AMB-nin valyuta ehtiyatları 10,6% artaraq 7 milyard dolları keçib. Valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondunun SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitinin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb.



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər