Saytımızı qiymətləndirin


 
 

Jurnalist Mahir Xəttabın apellyasiya şikayəti təmin edilməyib
Tarix: 16-09-2021 | Saat: 16:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Jurnalist Mahir Xəttabın apellyasiya şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabın (Ələkbərov) apellyasiya şikayətinə baxılıb.

Qarabaginfo.az xəbər verir ki, Bu barədə "Report"a onun vəkili Mehman Muradlı məlumat verib.

Bildirib ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Xəttabın apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, M.Xəttab sentyabrın 9-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra M.Xəttab barəsində seçilmiş həbs qətimkan tədbirdən apellyasiya şikayəti verib.



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər