Saytımızı qiymətləndirin


 
 

Bu gün Ramiz Göyüşovun YAP-dan çıxarılması məsələsinə baxılacaq
Tarix: 10-09-2021 | Saat: 08:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün Ramiz Göyüşovun YAP-dan çıxarılması məsələsinə baxılacaq

 

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, iclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun YAP-dan xaric edilməsi məsələsi daxil edilib.

İclasda YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılıb.

YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər
29-05-2021, 10:49 AzTV HD yayıma başlayır