Saytımızı qiymətləndirin


 
 

Qarabağdakı sülhməramlılara yeni komandir təyin olundu - RƏSMİ
Tarix: 09-09-2021 | Saat: 13:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olunub. 

 

Qarabaginfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu posta Mixail Kosobkov təyinat alıb.

 

General-mayor Mixail Kosobkov artıq Yerevandadır. O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

 

Qeyd edək ki, Kosobkov Rusiyanın Cənub Hərbi Dairəsinin keçmiş komandir müavini olub, həmçinin Abxaziyadakı Rusiya hərbi bazasına rəhbərlik edib.

 

 Mixail Kosobkov Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri postunda general-leytenant Rüstəm Muradovu əvəzləyib.  



Xəbəri paylaş

454 dəfə oxunub.

Digər xəbərlər