Saytımızı qiymətləndirin


 
 

Polisi söyən Sabirabad sakini həbs olundu
Tarix: 09-09-2021 | Saat: 11:22
Bölmə:Karusel / Region | çapa göndər

Polisi söyən Sabirabad sakini həbs olundu

 

Sentyabrın 8-də Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 

Rayon Prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, Sabirabad şəhəri H.Əliyev prospektində “VAZ 2106” markalı 10-CE-632 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Azər Həsənov qayda pozuntusuna yol verib.

Bu səbəbdən həmin ərazidə xidmət aparan Sabirabad RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi səbəbindən polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir edib. Onlara hücum edərək geyim formasını çıxarıb, eləcə də, zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Azər Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.



Xəbəri paylaş

231 dəfə oxunub.

Digər xəbərlər