Saytımızı qiymətləndirin


 
 

Yevlax məktəbində 44 min 434 manat pul mənimsənilib
Tarix: 08-09-2021 | Saat: 14:49
Bölmə:Karusel / Region | çapa göndər

Fermerlərə ayrılan 5 milyon manata yaxın pul mənimsənilib

Yevlax şəhər İrəvanlı qəsəbə tam orta məktəbində yol verilən qanunsuzluqlarla bağlı Maliyyə Nazirliyindən daxil olan materiallar əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Qarabaginfo.az-a rayon prokurorluğundan məluymat verilib.

Aparılan araşdırma ilə qeyd edilən məktəbin vəzifəli şəxsi (şəxsləri) tərəfindən 2016-2021-ci illər ərzində bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 44 min 434 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş

290 dəfə oxunub.

Digər xəbərlər