Saytımızı qiymətləndirin


 
 

MDB Oyunları: Azərbaycan daha iki medal qazanıb
Tarix: 07-09-2021 | Saat: 21:17
Bölmə:Karusel / İdman | çapa göndər

 

MDB Oyunları: Azərbaycan daha iki medal qazanıb

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha 2 medal yazılıb. 

Qarabaginfo.az xəbər verir ki, medallara tayboksçular sahib çıxıb.

Əli Əliyev 60 kq, Məhər Əsədzadə isə 63,5 kq çəki dərəcələrində fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

Daha bir tayboksçu, 67 kq çəkidə yer alan Rəvan Ağazadə isə finala yüksəlib. O, yarımfinalda Özbəkistan təmsilçisi Rəhimjon Boltaboyevə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl qadınların mübarizəsində Leyana Sayer (51 kq) da həlledici qarşılaşmada iştirak hüququna yiyələnib. Həm Ağazadə, həm də Sayer final görüşünü sentyabrın 8-də keçirəcək.(Report)



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər