Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova parlament spikerlərinin 5-ci dünya konfransında çıxış edib
Tarix: 07-09-2021 | Saat: 21:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sahibə Qafarova parlament spikerlərinin 5-ci dünya konfransında çıxış edib

 

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında "COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda müzakirələrdə çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu bildirən spiker Sahibə Qafarova ölkəmizin bu pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılması istiqamətində qlobal səylərə töhfə vermək məqsədilə Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin mayında Hərəkatın COVID-19-a qarşı Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşünü təşkil etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyanın keçirilməsini təklif etmişdir. Həmin təşəbbüs ümumilikdə BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənmiş və 2020-ci ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası baş tutmuşdur.

Spiker Sahibə Qafarova bildirib ki, ölkəmiz bəzi ölkələrin ehtiyaclarından qat-qat artıq peyvənd tədarük etməsini açıq şəkildə qınamışdır. Azərbaycan bu məsələni gündəmdə saxlamaq məqsədilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsinə dair qətnamə layihəsi irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilmişdir. Eyni zamanda, biz hər fürsətdə, inkişaf etmiş ölkələri, habelə beynəlxalq donor təşkilatlarını ehtiyacı olan ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq.

S.Qafarova nəzərə çatdırıb ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etmişdir.
Sahibə Qafarova xatırladıb ki, COVİD-19 pandemiyası qlobal təchizat zəncirinə görünməmiş dərəcədə təsir göstərmişdir. Nəqliyyat və ticarətin asanlanlaşdırılması vasitəsi ilə, o cümlədən rəqəmsal texnologiyalardan istifadə etməklə bağlılığın təşviqi və multi-modal nəqliyyat dəhlizlərinin inkişafı qlobal təchizat zəncirinin dayanıqlılığını möhkəmləndirəcək və COVİD-19 sonrası bərpa səylərində dövlətlərə kömək edəcəkdir. Spiker deyib ki, Azərbaycanın trans-regional nəqliyyat layihələri bu məqsədlərə öz töhfəsini verəcək.

Azərbaycanın postpandemiya dövrü üçün güclü, məqsədyönlü və əlaqələndirilmiş addımların atılması istiqamətində bir sıra təkliflər irəli sürdüyünü xatırladan Milli Məclisin sədri deyib ki, Qoşulmama Hərəkatının pandemiyadan sonra bərpa dövrünə dair mövqeyinin formalaşdırılması məqsədilə Hərəkata üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi bunlardan biridir. Azərbaycan həmçinin Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsini də məqsədəmüvafiq hesab edir. Həmin panel dünyanın pandemiyadan daha uğurlu və tez çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər.



Xəbəri paylaş

1302 dəfə oxunub.

Digər xəbərlər