Saytımızı qiymətləndirin


 
 

Türkiyə Rusiyadan daha bir S-400 sisteminin alınması ilə bağlı prosesləri davam etdirir
Tarix: 07-09-2021 | Saat: 19:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə Rusiyadan daha bir S-400 sisteminin alınması ilə bağlı prosesləri davam etdirir

“Türkiyənin ikinci mərhələ S-400 almaq məsələsində heç bir tərəddüdü yoxdur. Çünki biz masa arxasında oturub bu məsələni müzakirə edərkən bütün danışıqlar iki mərhələ üzərində aparılıb”.

Qarabaginfo.az “CNN-Türk”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmail Demir bildirib.

İ.Demir deyib ki, bu səbəbdən də ikinci S-400 sisteminin alınması ilə bağlı yeni müqavilə imzalanmayıb: “Birinci sistemin tədarükü oldu, çatdırıldı. İkinci sistemlə bağlı isə ortaq istehsal, müəyyən texnologiya məsələləri və bəzi təfərrüatlar var ki, həll olunmalıdır. Yoxsa “Türkiyə birinci sistemi aldı, düşündü və ikincini almağa qərar verdi” deyə, bir şey yoxdur. Rusiya tərəfindən də bununla bağlı verilən açıqlamada əslində ikinci sistemin alınması ilə bağlı mərhələnin sonuna gəlindiyi ifadə edilir. Sadəcə hələ ki, ikinci S-400 sisteminin alınması ilə bağlı yeni müqavilə yoxdur, bu istiqamətdə proses davam edir”.

İ.Demir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya gözlənilən səfəri zamanı S-400 zenit-raket hava hücumundan müdafiə sistemilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olmayacağını diqqətə çatdırıb: “Bu, artıq dövlət başçıları səviyyəsində müzakirə ediləcək bir məsələ deyil. Danışıqlar aparılıb, iki sistemlə əlaqədar müqavilə imzalanıb. Bundan sonra dövlət başçılarımız tərəfindən bu məsələ ilə bağlı hər hansı bir addımın atılmasını gözləmək, çox da doğru yanaşma deyil”.(Report)



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər