Saytımızı qiymətləndirin


 
 

“Vətənə xəyanət edildi və torpaqlar təslim oldu” - Kazinyandan İLGİNC AÇIQLAMA
Tarix: 06-09-2021 | Saat: 21:34
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Vətənə xəyanət edildi və torpaqlar təslim oldu” – Kazinyandan İLGİNC AÇIQLAMA

“Cəmiyyətin əhəmiyyətli bir hissəsi müharibənin planlaşdırıldığına inanmır”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri “Ermənistan” fraksiyasının deputatı Arur Kazinyan səsləndirib. O bildirib ki, xalq vətənə xəyanət olunduğunu və buna görə də torpaqların təslim edildiyini düşünür:

“Cəmiyyətin əhəmiyyətli bir hissəsi müharibənin əvvəlcədən planlaşdırıldığını hesab etmir və  vətənə xəyanət olunduğu fikrindədir”.

Əmlaklarının hesabatına gəlincə isə Kazinyan qanunsuz bir şey etmədiyini, boş vaxtını əlaqələrini və şəxsi həyatını qurmaq üçün xərclədiyini deyib: “Bunu ləyaqətlə etdim, heç bir sirrim yoxdur” – Kazinyan vurğulayıb.



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər