Saytımızı qiymətləndirin


 
 

AZAL-ın vitse-prezidenti: “Növbəti illərdə Şərqi Zəngəzurdakı hava limanlarının açılışında da birgə iştirak edəcəyik
Tarix: 05-09-2021 | Saat: 14:24
Bölmə:Karusel / Qarabağ | çapa göndər

AZAL-ın vitse-prezidenti: “Növbəti illərdə Şərqi Zəngəzurdakı hava limanlarının açılışında da birgə iştirak edəcəyik”

“Bu gün Azərbaycan xalqı üçün çox əlamətdar bir gündür”.
Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında bu gün Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin və yük təyyarələri ilə sınaq uçuşunun həyata keçirilməsinə münasibət bildirən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev söyləyib.
AZAL vitse-prezidenti deyib ki, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına “Qarabağ” sərnişin təyyarəsi və ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi texniki uçuşlarını həyata keçiriblər: “Bizim hər birimizin keçirdiyimiz hisləri sözlə ifadə etmək çətindir. Cəmi 1 il əvvəl bu torpaqlarımız işğal altında idi, 11 ay əvvəl bu torpaqlarda qızğın döyüşlər gedirdi. Bugünkü hisləri bizə yaşadan Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna öz minnətdarlığımızı bildiririk. Qarabağa xoş gəlmisiniz!”.
E. Hacıyev qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə artıq Şərqi Zəngəzur bölgəsində iki hava limanının da inşasına başlanıb: “İnşallah, növbəti illərdə Şərqi Zəngəzurdakı həmin hava limanlarının açılışında da birgə iştirak edəcəyik”.



Xəbəri paylaş

1298 dəfə oxunub.

Digər xəbərlər