Saytımızı qiymətləndirin


 
 

BMT-nin baş katibi Əfqanıstana dəstək verən ölkələrə təşəkkür etdi
Tarix: 04-09-2021 | Saat: 08:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

BMT baş katibi Ukraynanın şərqindəki hadisələrdən narahatdır | Report.az

BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstana humanitar dəstək verən ölkələrə təşəkkür edib. Bunu BMT-nin sözçüsü Stefan Dujarik mətbuat konfransında bildirib.

O, təklifləri və öhdəlikləri ilə üzv ölkələrin BMT-nin bölgədə fəaliyyətinin davamlılığına böyük töhfə verdiyini deyib: “Baş katib üzv dövlətlərin-Danimarka, Qazaxıstan, Şimali Makedoniya, Pakistan, Polşa, Qətər, Birləşmiş Ərəb Əmirliklərinin səxavətinə görə onlara minnətdarlığını bidirir. Bununla yanaşı, ABŞ da Əfqanıstanda BMT əməliyyatlarının davam etdirilməsi üçün əlverişli imkanlar və tədbirlər görüb.

Hazırda Əfqanıstanda əhalinin üçdə biri, 12 milyondan çox insan, qida çatışmazlığı ilə üzləşib və vəziyyətin daha da pisləşəcəyi gözlənilir.

Beynəlxalq birliyi Əfqanıstana və əfqan xalqına göz yummamağa çağırırıq”.



Xəbəri paylaş

11 240 dəfə oxunub.

Digər xəbərlər