Ana Sayfa > Gündəm > “ Heydər Əliyev irsi:Azərbaycanda dövlət-din münasibətləri”

“ Heydər Əliyev irsi:Azərbaycanda dövlət-din münasibətləri”


7-04-2021, 16:00. Yazar: Admin

 

                 “ Heydər Əliyev irsi:Azərbaycanda dövlət-din münasibətləri”

Sakini olduğumuz dünya çalışmaq, mübarizə aparmaq, haqqa dogru istiqamət almağımız üçün geniş alanda zəmin yaradır.Sistematik olaraq yaşamaq,yaratmaq hətta ugrunda canımızı fəda etdiyimiz bu müvəqqəti mənzil əbədiyyəti qazanmağımıza da imkan tanıyır. Bu barədə siyahını xeyli uzatmaq olar. Konkret olaraq insan amili məkanın və zamanın gündəliyini daim olaraq gündəmdə saxlayır.Müqəddəs Qurani-şərifdə “Mən insanı yer üzünün xəlifəsi etdim” deyərək ən uca məqamı münasib bilən uca Yaradan insana lazimi qiyməti vermişdir.Düşünürəm ki,elə ibtidai vaxtlardan insanoğlu ən mükəmməl şəxsiyyət səviyyəsinə xalqa xidmət edərkən nail olmuşdur.Bu gün yer kürəsində baxmayaraq ki məşhurlardandır,bəzən xalq dediyimiz əksəriyyət tərəfindən bilərəkdən-bilməyərəkdən qınanır,hətta lənətlənir, peyğəmbərlik missiyasının sonu ilə əlaqədar çağdaş zamanımıza qədər elmin tərəqqinin inkişafı nəticəsində kifayət qədər sanballı dühalar meydana gəldi.Doğma Azərbaycanımızda da əsrlər boyu hər zamanın gündəmində xalqa töhfə olan dahilər yetərincə var olmaqdadır.Məsələn,dahi Nizaminin əsərləri müdriklik,kamillik,öyüd-nəsihət üçün hər kəsi əhatə edən əvəzsiz qaynaq olduğu sirr deyildir.Məhəmməd Fizülinin qəzəlləri Azərbaycan ədəbiyyatının söz xəzinəsidir.Nəhayət, Azərbaycan klassik ədəbiyyatından Orta Əsrlərə,Orta Əsrlərdən müasir dövrümüzə qədər yuxarıda adları keçən dahilər eynilə indiki ədəbi irsimizin qaynağı olmuşlar.Eyni zamanda vətənimizin tarixi-coğrafi ünvanını da təsis etmişlər.Təkcə mənim qısa şəkildə düşündüyüm bu dahilər haqqında və digərləri haqqında alimlər,filisoflar,mütəfəkkirlər daha əhəmiyyətli danışa bilərlər.Ancaq mənim haqqında həvəslə danışmaq istədiyim tarixi şəxsiyyət,böyük dövlət adamı, öz xalqına xidmətdə yorulmaz mübariz,rəngarəng həyatını xalqına xidməti ilə bəzəyən Ümummilli lider Heydər Əliyevdir.Mən sadə vətəndaş olaraq Heydər Əliyevi necə tanıdım,nə vaxtdan tanıdım mərhələli,yığcam şəkildə onu yazıya köçürmək istəyirəm.1-ci mərhələ.Biz evimizdə nahar süfrəsində oturmuşduq.Qəfildən evin qapıları taybatay açıldı.İçəri daxil olan mübarək Baba idi,uca qaməti,nurlu çöhrəsi məxsusi geyimi və hündür papağı biri-digərini elə tamamlayırdı ki,onunla qarşılaşan adam həya libasını geyməyə məhkum olurdu.Biz adətimiz üzrə  yerdə oturmuşduq.Müabarək Baba ədəblə salam verərək “oturun təamınızı yeyin” ayağa qalxmağa macal vermədi.Dərhal üst libasını soyunub dışarı çıxdı.Dəstəmaz alıb namazını qıldıqdan sonra bir qədər sakitlik çökdü.Sükunəti xanım Nənə pozdu:” aman a kişi,səfəriniz uzun çəkdi,Allaha şükürlər olsun ki,gəlib çatdınız.Sən bir günə gedib gəlməkdən danışırdın çoxmu yoruldunuz?”.Ay xanım uzun yolun işini bilmək olmur.Allahın təqdiri necədirsə elə olur da”.Uzun söhbətdən sonra məlum oldu ki,mübarək Baba Bakı səfərindən qayıdırmış.O dövrdə Bakıya gedib-gəlmək özü belə maraqlı hadisə sayılırdı.Aşağı yaşda olmağıma baxmayaraq onların söhbətini həvəslə dinləyirdim.”A kişi,Şeyxulislamı dəfn edərkən adam çox idimi?”.”Vallah,xanım,mən sudan sel əmələ gələni görmüşdüm,ancaq adam selini o dəfndə gördüm.Xeyli söhbətdən sonra xanım Nənə:”a kişi,bəs yerinə kim qoyacaqlar?”.Mübarək Baba cavab verdi:”hələ dəqiq bilinmir, amma cavan biri var deyirlər”.”Aman a kişi cavan adamdan Şeyxulislam olarmı?”.”Sən sənə lazım olmayan işlərə qarışma,xanım, onu böyüklər bilər”.Xanım Nənə bir qədər susdu və cəsarət tapıb “a kişi,böyük dedikdə sən kimi deyirsən?.Mübarək  Baba sərt tonla “böyükümüz yoldaş Heydər Əliyev,Brejnevin dostu deyirəm”.Mən Heydər Əliyevin adını ilk dəfə bu əhvalatda eşitdim.2-ci mərhələ.1982-ci ildə ailə böyüklərimiz evimizə televizor aldılar.Yəni  mübarək Babanın vəfatından bir müddət sonra...Xüsusilə xəbərlər proqramını seyr etməyi xoşlayırdım,hətta sevirdim.Sovet Azərbaycanı vaxtında “Günün ekranı” və bəzən Moskavadan “Zaman” xəbərlər proqramını diqqətlə izləyirdim. Ailə üzvləri bundan narahat olurdular,məni məzəmmətləyirdilər.Ancaq hər kəs sevdiyi ilə bərabərdir anlayışı ilə məxsusi olaraq təkbaşına ekranı seyr etdiyim də olurdu.Heydər Əliyevə tez-tez ekranda tamaşa edirdim.Onun pambıq tarlalarında zəhmətkeş kütlə ilə görüşləri sanki gözümün qabağında hələ də canlanır.Onun bənzərsiz təzəhüratlarındakı görüntüləri yaddaşımda dərin izlər buraxmışdır.Zaman gəldi,Sovet İttifaqı rəhbəri Leonid Brejnevin vəfatı hər kəs də şok effekti yaratmışdı.Hamı onun necə dəfn olacağını maraqla izləyirdi.Bu mənim üçündə çox maraqlı idi.Böyük dövlət adamı Heydər Əliyev bildiyimə görə dəfn komissiyasının üzvü idi.O,maraqlı,cəzbedici cüssəsilə Sovet rəhbərlərinin içərisində seçilirdi.Təbii ki,məndə hamı kimi fəxarət hislərimi ətrafımdakılarla bölüşürdüm.Heydər Əliyevin Sovet rəhbəri L.Brejnevlə dostluğundan həvəslə danışırdıq.Hətta iş o yerə gəlib çatmışdı ki,Heydər Əliyevin Sovet İttifaqına rəhbər olacağına inanlar var idi,mən də həmçinin.Bir günü Brejnevin nəşi olan salona dəfn komissiyası daxil olan Andropov,Əliyev,Qorbaçov,Qrişin,Qromıko və başqa komissiya üzvlərinin adları sadalanarkən öz düşüncəmdə o dahi dövlət adamını yenidən kəşf etdim.Çünki onun adı ikinci sırada yer almışdı və bundan xeyli qürurlanmış,hətta duyğulanmışdım.Sonra onun bir lider olduğuna əmin olmağa başladım və bu qəlbimin dərinliklərində ona olan sevgimlə nəticələndi.Bu sevgini mən Uzaq Şərqə kimi apardım.3-cü mərhələ.Əsgərlik xidmətim Uzaq Şərq Hərbi dairəsində 1985-87-ci illlər ərzində tarixə qovuşub.Əsgərlik ximətimiz üç ay Xabarovsk diyarında oldu.Üç ay tamamlanan kimi bizi Primorsk diyarına təcili ezam etdilər.Biz bir neçə gün ərzində qatarla yol getdik.Nəhayət bizi təmir olunmamış 4 mərtəbəli binaya yerləşdirdilər.Bir günlük səliqə-səhmandan sonra çox ciddi rejim tətbiq edildi.Dərhal növbəti günü işə başladıq.Təqribən bir ay müddətinə bina təhvil verilməli idi.Bazar günləri həm istirahət,həm də siyasi məşləğə dərsi olurdu.Səhər saat 9-da hamı məşğələdə olmalı idi.Elə oldu ki,mən siyasi məşğələyə gec oldum.Belə olduqda isə ciddi cəzalandırırdılar.Rus dilində anlayışım olsa da, çətin danışırdım.Dərs otağına daxil olan kimi məşğələdə dərs verən baş leytenant Buqorivski yanına gəlməyimi əmr etdi.Məni hərbi dildə sərt şəkildə tənqid etdi.Nəyə görə gec olduğumu sorğulamağa başladı.Həmyerlim rusdilli idi.Aramıza qarışaraq məsələyə aydınlıq gətirməyə çalışsa da,zabit Buqorivski mənə cəza kəsmək üşün yan stolda oturan zabitlərlə məsləhətləşdi.Sonra onlar Nazimə dönərək nəsə danışdılar.Nazim mənə dedi ki,onlar sənə bir neçə sual vermək istəyirlər.Cavab verə bilsən işin yaxşı olacaq.Buqorivski istehza ilə mənə dönərək “tak,Şabanov”,“kto takoy,Qaydar Aliyeviç”.Bu sual mənim üçün gözlənilməz və sürpriz oldu.Mən həyəcanla “Qaydar Aliyeviç çilen polit büro Sentralnoqo Komiteta KPSS pervIy zamistitel presedatelya Soveta Ministrov SSSR”.”Ladno,Şabanov”, “ a kto predsedatel Soveta Ministrov”?.” Çlen politbüro Sentralnoqo Komiteta KPSS predsedatel Sovet Ministrov SSSR N.A.Tixinov”.Həm cavabım həmdə rusca danışmağı bacarmamağım Buqorivskini təəccübləndirdi.Bir yandaşlarına baxdı,birdə mənə.Şabanov sən rusca danışa bilmirsən, bəs necə oldu ki mənə rəsmi cavab verirsən?.Mənim rusca danışmağımı bilmədiyimə inanmadılar.Nazimlə mən onlara bildirdik ki,Heydər Əliyev elə şəxsiyyətdir,onun hansı vəzifədə işlədiyini elə sizin dilinizdə öyrənmək də bizim üçün şərəfdir.Buqorivski sual verdi:”Sən onu görmüsən?”,mən sevinc həyəcanımdan ana dilimdə “hə,hə” dediyim yadımdadır.Maraqlıdır ki,”hə”nin bu günki açıqlaması Heydər Əliyevdir.Sualın özündən anlaşılır ki,bu dahi insana o vaxtki qısqanclıq Uzaq Şərqə kimi çatmışdı. Heydər Əliyevə olan ehtiramım mənə hərbi xidmətdə də xeyli şərəf gətirdi və gözlənilən cəzadan götürdü.Ancaq söhbət cəzadan deyil onun şəxsiyyət kimi formalaşması,böyüklüyü bizə,şəxsən mənə həmişə ilham qaynağı olmuşdur.4-cü mərhələ.Əsas mətləbə keçmək istəyirəm.Heydər Əliyevin dinə,yaxud dinlərə göstərdiyi xidmət necə izah oluna bilər? Düşüncəmə görə Heydər Əliyevin dinimizə,milli-mənəvi dəyərlərimizə,tariximizə və sairə verdiyi ən böyük qiymət məlum ikinci qayıdışdan sonra dərhal sabitliyi ələ alaraq daxili çəkişmələri,parçalanmaya meyilllilik,itaətsizlik,özbaşınalıq və onlarla digər mənfi təsirlərdən qoruyaraq ölkəni normal hala gətirməsi olmuşdur.Elə hər şey buradan başlayır.Sabitlik olmadıqda ölkədə heç bir inkişafdan danışmaq mümkün deyildir.Onun dini tərəfinə baxsaq,məsələn məsciddə,kilsədə yaxud sinaqoqda ibadət edərkən mömin şəxs varlığı ilə uca Yaradana yönəlməlidir.Çöldəki bomba səsinə silah səsinə “məhəbbət edib “ içəridə ibadət etmək necə mümkün ola bilər?Ümummilli lider Heydər Əliyevin sərgilədiyi xarakterik xüsusiyyətlərindən biri də davranışlarındakı çox nadir sezilən dahiyanə gedişləri idi.Məsələn,o bayrağı öpərkən diz çökərək bayrağın yaşıl zolağını öpərdi,təbii ki bu onun dinə olan sevgisi idi.Digər cəhətdən liderimizin zamanı üçün kifayət qədər cəsarət tələb edən növbəti addımı olan Şeyx Şamilin ikiyüzilliyini təntənəli şəkildə Azərbaycanda keçirilməsi onun dinə olan böyük qayğıkeşliyi idi.Belə ki Qafqaz xalqlarının dini liderlərini bir arada toplanması,Allahşükür Paşazadə həzrətlərinin liderliyi altında məhəbbət etməsi qədər təbiətinə uyğun başqa addım nə ola bilər ki? Heydər Əliyevin mühim addımlarından biri də müsəlman icmalarının,həm də ölkəmizdə fəaliyyət göstərən başqa dini azlıqlara mənsub rəhbərlərin müsəlmanlara xas olan bayramlarda bir araya gətirilməsi,ənənəvi olaraq çörək kəsmək üçün şərait yaratması, dinin öz yeri-insanlığın ən doğal haqlarındandır.Dahi liderimiz burada həm dinimizin gözəlliyini,insanlığı,adət-ənənələrimizi,eyni zamanda milliliyimizi ustalıqla sərgiləyə bilmişdir.Bu dəyərli ənənəni prezidentimiz İlham Əliyev cənabları da hər il həyata keçirərək dini dəyərlərə,ənənələrimizə sədaqətini nümayiş etdirir.Dahiyanə bir kəlimə karıma gəldi,hər şeyin zamana və məkana ehtiyacı vardır,zamanı gəldiyində bəzən duyğularımız da köməyimizə gəlir.Uca Yaradan tərəfindən insan oğluna verilən ən qiymətli duyğulardan birisi sevgidir.Sevgi o qədər qiymətlidir ki,həm də o, qəlbin dərinliklərində daha qiymətlidir.Təmsili olaraq sevgini əlimə alsam və o əlimdən palçığa düşsə dəyərini itirməz.Çünki palçıq su və torpaqdan ibarətdir və sevgini palçıqdan alıb cibə yerləşdirsək o cibə sığışmaz,çünki o ancaq qəlbə sığar.Bügün sevgilərin fövqündə Allah sevgisi durur,qəlb isə dördotaqlı bir ev kimidir və ancaq sevgi orada barına bilər.Heydər Əliyev sevgisi qəlbimin dərinliklərində yuxarıda qeyd etdiyim kimi erkən yaşlarımdan məkan tutmuşdur.
Zaqatala rayonu Yuxarı Tala kənd (2)məscidi  dini icmasının sədri:                         Şabanov Səid Məmməd oğlu
04.04.2021-ci il


Geri dön